Zakir Fərəcovun jurnalisti döydürməsinin təfərrüatı üzə çıxıb.

 

Azərbaycanda daha bir jurnalist amansızcasına döyülüb; Bu xəbər artıq ötən gün mediada böyük rezonans və sərt təpki doğurub…%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-14

Vəkil: “Jurnalisti təcridxanaya yox, Sumqayıt polisinə aparıblar”

Artıq Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun jurnalisti döydürməsinin təfərrüatı üzə çıxıb. Bu barədə məlumatı tanınmış vəkil Elçin Sadıqov verib. Əvvəlcə Elçin Sadıqovun fikirlərini olduğu kimi təqdim edirik:
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
“Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə realliq.info internet informasiya portalının baş redaktoru Rəhimov İkram Rafiq oğlu və vəzifəli şəxslərin qanunsuzluqlarından dövlət orqanlarına şikayət edən, şikayətləri düzgün araşdırılmadığından jurnalistə müraciət edib məsələni ictimailəşdirən Novruzov Rəhman Salman oğlu CM-nin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək hər ikisi bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Yazının qısa mahiyyəti “Ən Ucuz” ticarət mərkəzlərinin vergidən yayınması (Vergilər Nazirliyinin müvafiq məktubları ilə vergidən yayınma öz təsdiqini tapıb) və “Ən Ucuz” ticarət mərkəzlərinin Zakir Fərəcov tərəfindən bağlandıqdan sonra “Ən Ucuz” ticarət mərkəzlərinin rəhbərinin Zakir Fərəcova rüşvət verməsindən sonra fəaliyyətini bərpa etməsi ilə bağlıdır. Xüsusi ittihamçı “Ən Ucuz” ticarət mərkəzlərinin rəhbəri Vüqar Qələndərovdur.

Bu gün jurnalist Rəhimov İkram Rafiq oğlu ilə 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan Təcridxanası) görüşdüm. 25 noyabr 2016-cı il tarixdə məhkəmə zalında həbs edilməsinə baxmayaraq onu təcridxanaya yox, Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar”.

“Zakir Fərəcov kameranın o bir tərəfindən onu görürdü”

Jurnalist vəkilə bildirib ki, onu 3 gün qeyri-qanuni olaraq Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar:

“Ona əməliyyat işləri üzrə müavini Hikmət Qasımovun otağında işgəncə veriblər. Video kamera ilə canlı olaraq Zakir Fərəcovdan üzr istəməsini tələb ediblər.
Bunu etmədikdə onun başına ağır qoxulu sellofan torba keçirib, nəfəsi kəsilənə qədər tutublar. Sonra yenə üzr istəməyi tələb ediblər. Bildirir ki, bütün bu proseslər canlı videoçatla həyata keçirilib.
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
Yəni Zakir Fərəcov kameranın o bir tərəfindən onu görürdü. Sonra üç nəfəri polis idarəsinə gətiriblər və onları məcbur ediblər ki, onun üzünə dursunlar.
Dəfələrlə başına sellofan torba keçirdikdən sonra o bu işgəncələrə dözməyib və başını stulun başına vurmaqla sol gicgah nahiyyəsinə xəsarət yetirib. Bundan sonra işgəncələr dayanıb”.

Başçı: “Tamamilə cəfəngiyyatdır”

Vəkilin sözlərinə görə, kamera söndükdən sonra polislər deyib ki, o düz deyir, amma onların naziri Zakir Fərəcovdur, məcburdurlar Z.Fərəcovun dediklərini etməyə:

“Xəsarətinin tam sağalması üçün onu Sumqayıt Şəhər Polis İdarəsində saxlayıblar və yarası tam sağalandan sonra təcridxanaya göndəriblər. Bununla bağlı sabah Baş Prokurorluğa rəsmi müraciət edəcəm”.
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
Məsələ ilə bağlı unikal.org-a danışan Zakir Fərəcov deyib ki, elə bir jurnalist tanımır: “Mənim adımın bu kimi məsələlərdə hallandırılması tamamilə yanlışdır. Jurnalistin həbsini mənim adımla bağlamaq düzgün deyil. Ümumiyyətlə jurnalistin həbsi ilə bağlı yazılanlar tamamilə cəfəngiyyatdır. Mənim jurnalistlərə hörmətim var”.

“Cənab nazirin müdaxiləsi ilə işgəncədən azad oldum”

Baş verən hadisə ilə yanaşı bu günlərdə Sumqayıt ŞPİ-nə çağırılan Politika.Az-ın baş direktoru Xəyyam Salmanzadə məsələyə reaksiya verib.

Məlum olduğu kimi, Sumqayıtda qeydiyyatda olmayan X.Salmanzadəni bu şəhərin polisinə rəsmi bildiriş olmadan çağırıblar və çay içməyə dəvət ediblər.
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
Lakin ona Cinayət Axtarış bölməsinin Çingiz adlı işçisi “ə gözlə” deyəndən sonra idarəni tərk edib və məsələni ictimailəşdirib. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən məsələ nəzarətə götürülüb və anlaşmazlıq olduğu bildirilib.

X.Salmanzadə İ.Rafiqoğlunun döyülməsi ilə bağlı açıqlama verib. Onun sözlkərinə görə, vəkil Elçin Sadıqovun öz Feysbuk səhifəsində paylaşdığı statusu oxuyanda, bir anlıq özünü itirib:

“Sanki onun paylaşdığı status mənim başıma gələcək bir hadisə idi ki, onu reallıq.info saytının rəhbəri İkram Rafiqoğlu yaşadı.

İlk öncə nəzərinizə çatdırım ki, “Laçın klanı”nın ağsaqqalı Zakir Fərəcov ölkə mətbuatının çox faizini satın aldığından onun barəsində tənqidi yazılar yayımlanmır.

Son vaxtlar isə “Laçın klanın” ağsaqqalı Zakir Fərəcovun fəaliyyətini üç şəxs tənqid edirdi.

Mən, İkram Rafiqoğlu və demokratiya.info saytının baş redaktoru Müqabil Baxışov. Olub ki, Zakir Fərəcov haqqında yayımladığım xəbərlərin yayımdan çıxarılması üçün sadə və yüksək vəzifəli şəxslər xahiş edib.

Açığı sözlərini yerə salmayıb, yazının yayımını dayandırmışam. Təxminən bir neçə ay bundan öncə “Laçın klanı”nın üzvü, deputat Mahir Abbaszadənin qardaşı həmçinin “Nikoil bank”ın Sumqayıt filalının müdir müavini Zahir Abbas mənə təhdid və təhqir dolu mesajlar göndərərək, ölümlə hədələdi.
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
Ötən həftə isə bildiyiniz kimi məni Sumqayıt şəhər Polis idarəsinə dəvət edib, “proflatik söhbət” aparmaq istədi, həmin rəis müavini Hikmət Qasımov.

Qısası, bir ömrüm boyu borclu qaldığım cənab nazir Ramil Usubovun müdaxiləsi nəticəsində mən Zakir Fərəcovun sifarişi ilə işgəncədən azad oldum. Əgər cənab nazirin müdaxiləsi olmasaydı, jurnalist İkram Rafiqoğlunun yaşadığı işgəncəni mən yaşayacaydım…”

“Zakir Fərəcova mən lazım idim”

Baş redaktor qeyd edib ki, Əəslində Zakir Fərəcova mən lazım idim: “İstəyi o idi ki, məndən işgəncə yolu ilə hazırda vəzifədə çalışan bir məmurun və vəzifədən azad olunmuş başqa bir sabiq məmurun əleyhinə ifadə almaq idi.

Və həmin video çəkilişlə alınmış ifadə nəticəsində özünə düşmən bildiyi iki şəxsi məhv etmək idi. Amma daxil olmuş informasiyanın ictimailəşdirməyim və cənab nazirin müdaxiləsi onun arzusunu ürəyində qoydu.

Həmin məlum hadisədən bir gün sonra özünü itirən Fərəcov Azərbaycan tarixində analoqu olmayan bir hadisəyə imza atdı. Belə ki, jurnalisti yazmadığı yazıya görə ən ağır cəzaya məhkum etdirdi.

Bəli, məhz Zakir Fərəcovun sifarişi ilə İkram Rafiqoğlu həbs olundu. Çünki İkram Rafiqoğlunda səs yazısı var idi ki, məhkəmə sədri və işi aparan hakim açıq şəkildə bildirdilər ki, sifariş “Laçın klanı”nın ağsaqqalından gəlib”.

“İki ailəni başçısız, körpələrini atasız qoyub”

X.Salmanzadə qeyd edib ki, ondan bir gün sonra isə “Laçın klanı”nın ağsaqqalının fəaliyyətini öz qələmi ilə tənqid edən, ona başağrısı yaradan Müqabil Baxışov həbs olunub:
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
“Qeyd edim ki, həbs olunan hər iki şəxs öz feysbuk səhifələrində həbs olunmamışdan bir gün qabaq Zakir Fərəcov tərəfindən həbs olunacağlarını paylaşıblar.
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
Düzdür ki, Müqabil Baxışov öz etdiyi cinayət əməlinə görə, həbs olunsa da, amma məsələ odur ki, adam bu əməli illər öncə törətmişdir və açıq şəkildə çayxanalarda gəzirdi.

Və işin maraqlı tərəfi odur ki, Müqabil Baxışov həbs olunandan sonra onun əleyhinə “Laçın klanı”nın ağsaqqalının satın alındığı mətbuat orqanlarında yazılar yayımlanır.

Və qayıdım mənim başıma gətirilən məlum məsələyə. Həmin hadisədən bir gün sonra “Laçın klanı”nın ağsaqqalı Fərəcova yaxın olan bir şəxs mənimlə görüşüb, xahiş etdi ki, sən etiraf elə.

Ki, mənə məlumatları hazırda vəzifədə çalışan bir məmur və vəzifədən çıxarılmış sabiq məmur verir. Mən isə ona açıq bildirdim ki, şərəfsiz deyiləm ki, kimlərəsə şər atıb, evimə çörək aparam…

İndi isə Zakir Fərəcov deyir ki, İkramın döyülməsindən xəbərim yoxdur, jurnalistlərə hörmətim var. Yalandır. Adam hazırda iki evi ailə başçısız, onların körpələrini isə atasız qoyub. Arzusu ürəyində qalmasaydı, mən də indi azadlıqda deyildim və o iki jurnalistin ailəsinin yaşadığı vəziyyəti mənim yataq xəstəsi olan ailəm yaşayacaq idi”.

“Fərəcov şəhid qardaşımın məzarı önündə başsağlığı verirdi, indisə…”

Politika.Az rəhbəri bildirib ki, “Laçın klanı”nın ağsaqqalı cənab Fərəcov dərd çıxarsın: “Məsləhət görərdim mətbuatda gedən məlumata görə, zamanında firaşka formasında villa tikib hədiyyə etdiyi dostu Eldar Mahmudovun bugünkü, durumuna baxıb, səhvlərini düzəltsin.

Unutmasın ki, cənab prezident ona etimad göstərib ucaltdıqca və nə zamansa səhvlərini biləndə ona da dostu Eldar Mahmudovun taleyini yaşadacaq. Möhtərəm prezidentimizə güvənirəm və buna görə də seçkilərdə ona səs verməkdən qürur duyuram.

Xatırladım ki, cənab Fərəcov Sumqayıt şəhər Bələdiyyəsinin sədri olanda hər il 20 yanvar günü şəhərin Şəhidlər xiyabanına gəlirdi və adətən mənim şəhid qardaşımın məzarı önündə dayanıb, başsağlığı verirdi.

Və mənə anamı dolandırmaq üçün evimizin qabağında mağaza tikdirmək üçün torpaq sahəsi də ayırmışdı. Unutmaq olmaz ki, Rövşən Cavadovun xain əməlindən sonra laçınlılar xalqın etimadını itirmişdir və məhz Fərəcovun illər öncə uğurlu fəaliyyətindən sonra etimad qazanılmışdı.

Amma indi Fərəcovun fəaliyyəti müəmallıdır. Çünki üç günün içində üç jurnalist həbs etdirməyi planlaşdırıb və ikisinin həbsinə nail olmaq məni heç açmır. Buradan açıq səslənirəm. Başıma bir iş gəlsə, səbəbkarı “Laçın klanı” və onun ağsaqqalı Zakir Fərəcovdur”.

Prezidentin dostları, Fərəcovun düşmənləri

Xatırladaq ki, prezident mətbuata dövlət dəstəyini əsirgəmir, hər zaman jurnalistlərin qayğısına qalır, azad fikirə və internetin geniş istifadəsinə dəstək verir.
iki jurnalist tutdurub, hədəfdəki Xəyyam Salmanzadədən isə şok açıqlamalar
Ancaq özünü padşah sayan bəzi məmurlar jurnalistləri repressiya etməklə məşğuldur.

Amma Fərəcov unutdu ki, prezident İlham Əliyevin dostu olan bir mətbu orqanla düşmənçiliyi seçib. Dövlət başçısının mətbuatın inkişafına verdiyi dəstək, jurnalistlər üçün mənzillərin tikilməsi, KİVDF tərəfindən maliyyələşmə, iqtidar və ya müxalifyönlü fərqi qoymadan eyni dərəcədə qayğı bəslənməsi məhz İ.Əliyevin mətbuatla bağlı siyasətinin konsepsiyasıdır. Sumqayıt rəhbərliyi isə prezidentə qarşı gedərək bir saytı əzmək yolunu tutub.

Dövlət başçısının jurnalistlərin həbsinə qarşı çıxması, bununla bağlı etdiyi çıxışlar da yaddaşlardan silinməyib.

Həmçinin, media kapitanları ilə görüşdə prezidentin mühüm açıqlamaları xatırlanmalıdır. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin həbsinə verdiyi reaksiya da buna misaldır. Gəlin prezidentin çıxşını yada salaq:

Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib.

Prezident güman etdiyini bildirib ki, siyasi plüralizmi özünün əsas prinsiplərindən biri kimi həyata keçirən Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıq və qarşıdurma jurnalistlərin həbsinə səbəb olmayacaq.

Dövlət başçısı bu məsələlərdə həm çəkişən tərəflərin, həm də məhkəmələrin beynəlxalq praktikada qəbul olunmuş daha münasib yollara istinad etmələrinin daha yaxşı olacağını da qeyd edib.

Politka.Az