Z.Məmmədov”Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”

Ziya Məmmədov vəzifədən gedəndən sonra mətbuata münasibətini dəyişib.

Ziya Məmmədov “Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur. Mən artıq nazir deyiləm, adi vətəndaşam. Siz jurnalistlərə də hörmətim var. images (5)

Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur” şəklində münasibət bildirib. Sabiq nazirin bizə dediklərindən bir daha belə qənaətə gəlmək olar ki, o, hansısa vəzifəyə təyin edilib-edilməyəcəyi barədə məlumatsızdır.

Amma diqqət çəkən məqam jurnalistlərə hörmətinin olmasını deməsidir. Başqa bir nüans adi vətəndaş olduğunu vurğulamasıdır. Görünür ki, Ziya Məmmədov hakimiyyətinin bitdiyini anlayıb və media ilə dil taparaq bundan sonra onu daha çox sıxmamağı ismarıc verir.

Eyni zamanda onun adi bir vətəndaş olduğunu deməsi insanların ona ürəyinin yumşalması və fəaliyyətini təftiş etməmək cəhdidir. Yəni, mənə yazığınız gəlsin, həbs belə oluna bilərəm.

Məsələn, nazirin 2014-cü ildə F.İlqaroğlunun döyülməsi haqda söylədikləri: “Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançıya kimlərsə Aynarın adını yazmağı məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib.

Mən bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və video görüntülərin də çoxu kollajdır.

Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda, cənab prezidentə xidmət edirəm”.

Bu açıqlamanı şərh etməyə ehtiyac yoxdur, eks-nazir özü hər şeyi özü təkzib etdiyi açıqlamada təsdiq edib. Mərdəkanda nazirin villalarını çəkmiş A.Gəraylı və E.Bədəlovu da nazirin mühafizəçiləri ölümünə döymüşdü. Sonra uzun müddət bu məsələlər gündəmdə qaldı.

Ehtimal olunur ki, keçmiş nazirin vəziyyəti indi gərgindir, adi vətəndaş olduğunu deməklə özünə olan qəzəbi azaltmağa çalışır və büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə məsuliyyətə cəlb olunması istisna deyil.