İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mevlüt Çavuşoğlunun fərqli şəhərlərdə olması səbəbiylə qısa zamanda özləriylə görüş imkanı olmadığı üçün səfərini təxirə salmışdır.
Livanda nəşr olunan “Əl-Səfir” qəzetinə, “prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda, Baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mevlüt Çavuşoğlu da Ankarada idilər. Bu üç görüşün qısa zaman dilimində reallaşma imkanı yox idi ” açıqlamasını verən İran xarici işlər naziri Zərif, səfərin vaxt məhdudiyyəti səbəbiylə təxirə saldığını qeyd etdi. Zərif, Türkiyənin nüvə razılaşmasından məmnun olub olmadığı sualına da,” onlar bu razılaşmadan səmimiyyətlə xoşbəxt və məmnundur. Mən bölgədəki digər ölkələrin də bu razılaşmadan məmnun olmasına ümid edirəm “cavabını verdi. Rəsmi görüşlər aparmaq üçün çərşənbə axşamı günü Türkiyədə olması gözlənilən İran xarici işlər naziri Cavad Zərifin ziyarəti təxirə salınmışdı. Zərif, Türkiyə ziyarətini təxirə saldıqdan sonra Livan, Suriya və Pakistana gedərək , bu ölkələrin liderləriylə bir araya gəlmişdi.
Mətləb BALAKİŞİYEV