Yunusların məhkəməyə məcburi gətirilməsi qərarı verildi.

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə məhkəmə prosesi keçirilib.

Prosesdə Yunusların vəkili Elçin Sadıqov vəsatət verdi ki, təqsirləndirilən şəxslərin ölkədən çıxışına ali məhkəmə icazə verib, ona gorə onların iştirakı olmadan prosesin keçirilməsi mümkündür. Bundan əlavə, onların məhkəmə iclasına hazırda iştirak etməsi müalicə almaları səbəbindən mümkün deyil, ona gorə onların skype, whatsapp, facebook vasitəsilə məhkəmə iclasına qatılması təmin edilsin.

Ittihamçı vəsatətə etiraz etdi. Məhkəmə vəsatəti rədd etdi və təqsirləndirilən şəxslərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar verdi.

Növbəti məhkəmə baxışı 31 may saat 12.00-a təyin edildi.