Yunanıstanda, dünyəvi Enotita partiyası lideri Panayotis Lafazanis, bazar ertəsi günü ona verilən hökumət qurma vəzifəsini ölkə prezidenti Prokopis Pavlopulosa geri qaytardı.
Yunanıstanda hökumət qurma prosesi müvəffəqiyyətsizliklə nəticələndi. SYRIZA-dan ayrılan millət vəkillərinin meydana gətirdiyi və məclisdə kürsü sayı etibarilə üçüncü partiya mövqeyində olan dünyəvi Enotita lideri Lafazanis, özünə verilən hökuməti qurma vəzifəsinin müvəffəqiyyətsizliklə nəticələndiyini ölkə prezidenti Pavlopulasa xəbər vermişdir.
Pavlopulos, Lafazanis ilə görüşündə etdiyi açıqlamada, son olaraq hökuməti qurma vəzifəsi verilən Lafazanisin vəzifəsi geri çevirməsi ilə hökuməti qurma prosesinin sona çatdığını açıqladı. Prezident Pavlopulos, Yunanıstan konstitusiyasına görə bundan sonra erkən seçki tarixinin müəyyənləşdirilməsi üçün siyasi liderlərlə danışıqlar edəcək.
SYRIZA lideri Aleksis Çipras başçılıq etdiyi koalisiya hökumətinin keçən həftə istefa etməsinin ardından hökuməti qurma vəzifəsini ilk olaraq ana müxalifətdə olan Yeni Demokratiya Partiyası lideri Evaggelos Meymarakise verilmiş, lakin, Meymarakisin işləri də müvəffəqiyyətsizliklə nəticələnmişdi.
Mətləb BALAKİŞİYEV