Yunanıstan Avropa Birliyindən çıxır

yunanistan_abYunanıstan Mərkəzi Bankı xəbərdarlıq edib ki, beynəlxalq kreditorlar Afina ilə əlavə maliyyə yardımının göstərilməsi barədə razılığa gələ bilməsə, ölkə yeni defolt elan edərək Avropa İttifaqından çıxa bilər.

“Sövdələşmə alınmasa, bu əvvəlcə defoltla, sonradan isə ölkənin avrozonadan və çox güman ki, Avropa İttifaqından da çıxması ilə nəticələnə bilər”, Mərkəzi bankda bildiriblər.
Xebername.info BBC-yə istinadən bildirir ki, baş nazir Aleksis Tsipras bundan beynəlxalq kreditorların onun hökümətilə təhqiranə rəftar etdiyini qeyd edib.
Rəsmi Afina təqaüdlərin ixtisarı və vergilərin artırılması tələblərinə boyun əymək niyyətində olmadığını vurğulayır.
Avropa İttifaqı Yunanıstana maliyə yardımının verilməsi əvəzində Afinadan hökümət xərclərinin ümumilikdə 2 milyard avro məbləğində azaldılmasını tələb edir.