Avstriyanın şərqindəki Burgenland əyalətində yol kənarında tərk edilmiş halda bir yük maşını və yük maşının arxasında çox sayda cansız bədən müəyyən edilmişdi. Avstriya Daxili İşlər Nazirliyi tərəfindən bu gün keçirilən bir açıqlamada, təsbid edilən cansız orqanizmlərin sayının 8-i qadın 4-ü uşaq olmaq üzrə 71-ə yüksəldiyi bildirildi. Yük maşını, polisin və ekspertlərin tədqiqat aparması üçün Macarıstan sərhədinə yaxın bir yerdə yerləşən soyutma tərtibatlı bir anbara göndərilmişdir. Qaçqınların ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün meyidlərin yarılması gərəkdiyi bildirilib.
Avstriya Daxili İşlər Naziri Johanna Mikl-Leitner bu gün etdiyi açıqlamada, 71 adamın həyatını itirdiyi dəhşətli hadisə qarşısında son dərəcə kədərli olduğunu bildirərək, “Qaçqın axınına qarşı və qaçqınları qorumaq üçün bir həll yoluna ehtiyacımız var” deyib. Bunu təmin etmək üçün ən yaxşı yol isə Avropaya keçidləri qanuni hala gətirməkdir. Qaçqınlar, ancaq qanuni yollarla müdafiə oluna bilər və bu ticarət ilə məşğul olan cinayətkarların qarşısı da ancaq bu şəkildə alına bilər” dedi.
Polis İşçisi Helmut Marban, Macar polisinin bu ana qədər 3 nəfəri həbs etdiyini açıqlayaraq, “Təhlillərimiz nəticəsində səyahətlə əlaqəli bəzi sənədlərə çatdıq və bu sənədlər işığında, həyatını itirən 71 qaçqının Suriyadan gəlmiş ola biləcəyini düşünürük” ifadələrini dilə gətirdi.
Mətləb BALAKİŞİYEV