Ankarada törədilən terrora görə saxlanılanların sayı 14 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə ictimaiyyətə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“PKK və PYD-nin rəhbərləri nə qədər təkzib etsələr də, kəşfiyyat orqanlarımızın əldə etdiyi faktlar hücumu onların törətdiyini sübut edir. Zəncir qırılmağa başladı. Artıq 14 nəfər saxlanılıb. Bunun davamı gələcək. YPG-nin terror təşkilatı olduğunu anlamayanlara sənədlərlə sübut edəcəyik”, – Ərdoğan bildirib.
Qeyd edək ki, ötən gün Ankarada hərbçiləri daşıyan avtobusa kamikadze hücumu olub. Nəticədə 28 nəfər şəhid olub, 61 nəfər yaralanıb. Hücumu YPG-nin (PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı) üzvü Salih Necarın törətdiyi müəyyən edilib.