Yedikcə acan məmurlar

Ilham Hüseyn

Azərbaycanın həqiqətən də özünəməxsus “ənənə“ləri var. Məsələn, Azərbaycan yeganəölkədir ki, bir adam 20-25 il vəzifədə olur, fəxri adlara layiq görülür və vəzifədən azad olunan kimi milyonları üzə çıxır. Sanki, bu adamın uzun illəərzində külli miqdarda pul mənimsəməsindən heç kim xəbərdar deyilmiş. Əslində bu “ənənə” hakimiyyətin özünüifşasıdır. Öz aləmlərində belə təəssürat yaratmaq istəyirlər ki, bu adamlar korrupsioner olduqlarına görə vurulublar. Amma doğurdan da belə olsaydı vəzifəlilərin 90 faizi vurulmalıydı. Yaxud, bu adamların korrupsioner olduğu barədə illərlə yazılanlardan, deyilənlərdən nəticə çıxarılardı. 

Ona görə də “filan nazirin milyonları üzə çıxdı”, “filan nazirin saysız- hesabsız əmlakına həbs qoyuldu” kimi xəbərlər yayılanda düzgün nəticə çıxarmaq lazımdı. Yəni, düşünmək lazımdır ki, vurulan məmurun milyonu tapılıbsa, hazırda işləyənlərin milyardı var. 

Həm də mövcud komanda dəyərləətrafında birləşmədiyinə görə asanlıqla bir-birini qurban verməyə hazırdılar. 

Eyni zamanda hər kəs düşünməlidir ki, bu ölkə neftin qiymətinin düşməsinə görə, hansısa qlobal böhrana görə, kimlərinsə özfəaliyyətinə görə tənəzzülə uğramayıb. Bu ölkə komanda şəkilində “talanetmə əməliyyatı”na görə bugünə düşüb. Hər vəzifəli 20-30 milyon qapazlayanda, təbii ki, büdcənin üzündə “şillə” izi qalacaq.

Qısası budur ki, bunlar yedikcə acırlar. Çox yemək bunları doyurmur. Əgər doymuş olsaydılar, hansısa məmurun milyonu yox, 100 mini üzə çıxardı. Biz də düşünərdik ki, yavaş-yavaş doyurlar.

Belə rejimlərin qarnını da, gözünü də yalnız xalq doyura bilər. Bəli, gərək belərejimlərin yeməyini əlinin duzu olan xalq bişirsin.