Dekabrın 11-də Yaxşı Ökə İndeksi açıqlanıb. Bu indeksin məqsədi hər bir ölkənin bəşəriyyətə nə verdiyini və ölçüsünə uyğun olaraq nə aldığını öyrənir.
İndeks BMT-nin və digər beynəlxalq qurumların məlumatları əsasında hazırlanır, ayrı-ayrı ölkələrin bəşəriyyətin təmiz kreditoru, yoxsa planetə yük olduğu, yaxud bu ikisinin arasında yerləşdiyini üzə çıxarır.
Azərbaycan 163 ölkə içində 89-cu yerdədir. Qonşulardan Ermənistan 75, Gürcüstan 57, Rusiya 65, İran 131, Türkiyə 38-cidir.
Azərbaycan elm və texnologiya üzrə qlobal töhfəyə görə 129, mədəniyyət sahəsində – 139, beynəlxalq sülh və təhlükəsizlikdə – 42, dünya düzəninə töhfəyə görə 132, planet və iqlim kateqoriyasında 29, rifah və bərabərlik üzrə 86, səhiyyə və sağlamlıq üzrə 89-cu yeri tutub.
Mədəniyyət kateqoriyasında hərəkət azadlığı, viza məhdudiyyətləri, mətbuat azadlığı, elm və texnologiya bölməsində beynəlxalq tələbələr, beynəlxalq nəşrlər, patentlər və digər amillər öyrənilir.
Birləşmiş Ştatlar 25-ci yerdədir.İndeksdə sonuncu, 163-cü yeri Əfqanıstan tutub. (Azadlg.org)