11 saylı Qaradağ seçki dairəsindən deputat edilmiş Aydın Hüseynov fevralın 13-də Milli Məclisdə bütpərəst düşüncəsi ilə bir təklif verib. Həm də YAP-ın Qaradağ təşkilatının sədri olan deputat deyib ki, Qaradağ rayonuna Heydər Əliyevin adı verilsə yaxşı olar. Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsinin müzakirəsi gedən vaxtda bu YAP-çı deputatın ağlına belə bir təşəbbüs gəlib. Qaradağın adını dəyişib Heydər Əliyev qoysalar, bunun Ələtdə azad iqtisadi zona yaratmağa necə və hansı formada müsbət təsiri olacaq, bu barədə deputatın nəsə deyib-demədiyi bəlli deyil. Yayılan məlumatlarda yalnız belə qeyd olunur ki, A.Hüseynov təklifini H.Əliyevin 95 illiyi ilə əlaqələndirib. Bir də onu deyib ki, Qaradağın sosial-iqtisadi inkişafında H.Əliyevin xüsusi rolu olub. Vəssalam.
Related Posts
Obama və Putin Dağlıq Qarabağ münaqişəsindən danışıb
- admin
- 07/07/2016
- 0
Obama və Putin Dağlıq Qarabağ münaqişəsindən danışıb ABŞ prezidenti Barak Obama və Rusiya dövlət başçısı […]
Cahangir Hacıyevi imtina ərizəsi yazmağa məcbur edirlər
- admin
- 20/09/2018
- 0
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin ailəsi onunla görüşə bilmədiklərini deyir. BBC […]
Helsinki Komissiyası İlham Əliyevin axırıncı əfv sərəncamından narazıdır
- admin
- 21/03/2017
- 0
ABŞ-ın Helsinki Komissiyası Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə və insan haqları, demokratiya, hüququn […]