Yanlış amputasiya olunan xəstənin sol ayağı da kəsildi

İki gün əvvəl iltihablı sol ayağı kəsilməli olduğu halda həkim səhvi ucbatından sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Məmmədovanın digər ayağı da amputasiya edilib.images-cms-image-000023423

Bu barədə ans-ə ayağı kəsilən qadının qızı Sofilə Əliyeva məlumat verib. Bildirib ki, əməliyyat səhər saat 08:10-da başlayıb və təxminən bir neçə dəqiqə əvvəl sona çatıb: “Cərrahiyyə əməliyyatını xəstəxananın baş həkimi Azər Şəmsəddinski özü elədi. Əməliyyat uğurlu keçib dedilər. Hazırda anam reanimasiya şöbəsindədir”.

Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski sayta bildirib ki, əməliyyat uğurlu keçib: “Əməliyyat bir saatdan çox davam etdi. Heç bir qan itkisi olmadı. Tərlan xanımın ayağı budun orta hissəsindən amputasiya edildi. Hazırda reanimasiya şöbəsindədir. Səhhəti barədə hələlik nə isə demək tezdir. Ancaq hələlik hansısa problem görünmür”.