Yağışın fəsadları: 20-30 metrlik gölməçəni keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər.VİDEO

BİABIRÇILIQ: Suda batan maşınları 10 manata çıxardırlar – Evakuatorlar “İŞ BAŞINDA” – VİDEO
  Evakuator sürücüləri maşını 20-30 metrlik gölməçədən keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər

Sürücülərdən biri Bakıda evakuator sürücülərinin yağışlı havada yaranmış gölməçələrdən keçmək istəyən sürücülərdən 10 manat alması barədə məlumat və video paylaşıb.

Vaqif Hüseynov videoda bildirib ki, Dərnəgül yolunda gölməçələr yaranıb və kiçik minik avtomobilləri oradan keçə bilmir. Bir neçə evakuator sürücüsü isə həmin əraziyə gələrək yolda qalan sürücülərə “kömək” təklif edirlər. Onlar təxminən 20-30 metrlik gölməçəni keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər. Artıq Dərnəgül yolunda evakuator sürücülərinin biznesi genişlənməyə başlayıb.

Avtosfer.az