Yəməndə qanlı gün

imagesYəmən son ayların ən qanlı günlərindən birini yaşayıb. Koalisiya qüvvələrinin paytaxt Səna və Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəyə hücumu zamanı 80 nəfərin həyatını itirdiyi bildirilir. Bir gün əvvəl isə Husilərin (hakimiyyətə qarşı vuruşan şiə qiyamçıları) nəzarətində olan Sənada silah anbarı partladılıb. Hadisə zamanı 40 nəfərin öldüyü, 100-ə yaxın insanın yaralandığı bildirilir.