”Xalq və ordu hazırdır, amma siyasi iradə yoxdur”

“Azərbaycanın 2 min əsgər və zabiti atəşkəs dövründə şəhid olub. Bu dəhşətli rəqəmdir. İndi vəziyyət dəyişib. 22 illik atəşkəs göstərdi ki, durum sabit deyil və bu konflikt hər gün qaynaya, bu od hər kəsin evinə düşə bilər. Azərbaycan images-cms-image-000001704hakimiyyəti şəhid ailələrinə bəslədiyi münasibətə görə mütləq tənqid edilməlidir. Ölkədə ruh düşkünlüyünü şəhidlərin sayı yaratmır, kiminsə iradəsilə əməliyyata başlayıb və ya əməliyyatı dayandırmaq yaradır. Xalq göstərdi ki, ölməyə və öldürməyə hazırdır, amma onu idarə edənlər dediyi sözün arxasında dayanmır. Xalq və ordu hazırdır, amma siyasi iradə yoxdur”