Binəqədi icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicəsini yarımçıq qoyaraq ölkəyə qayıdıb.Gecə yarısı təyyarədən düşən başçı iş yerinə gəlib, ətrafındakılara başına toplayaraq rayon ərazisində başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili sahmana salmağa tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib.Yanvarın 12-də səhər rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub.Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Xaləddin İsgəndərov qəsəbədə böyük gərginliyə səbəb olan bu olaya münasibət bildirməyib.
Related Posts

İstanbulda öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndəriləcək.
- admin
- 02/01/2017
- 0
İstanbulda gecə klubuna hücum zamanı öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndəriləcək. Bu barədə APA-ya Rusiyanın […]

Başqasının adına SİM kartı olanlara – Qadağa
- admin
- 11/05/2017
- 0
SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq. Bu sözləri Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz deyib. […]

Ictimai Xalçaçılar Birliyi təşkilatı “Elektron audio-video kitabxana” adlı layihəni uğurla başa vurdu
- admin
- 22/11/2015
- 0
Ictimai Xalçaçılar Birliyi təşkilatı QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyilə “Elektron audio-video kitabxana” adlı layihənin […]