Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, demək olar ki, hər gün Prezident Administrasiyasına çağrılır
X.İsgəndərovun son vaxtlar durumu yaxşı deyil: “Çox tez-tez, demək olar ki, hər gün administrasiyaya çağrılır, çox vaxt işə ordan gəlir, çox əsəbi olur. Bübün bunlar da ötən il Binəqədidə yanan bina ilə bağlı keçirilən məhkəmə prosesilə əlaqədardır. Görünür, mərkəzi aparatda məhkəmədəki hər bir ifadə diqqətlə izlənir və araşdırılır. X.İsgəndərovun tez-tez PA-ya çağırılmasının da kökündə bu dayanır”.
Qeyd edək ki, bir müddət əvvəl X.İsgəndərovun həbs oluna biləcəyilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, başçı “Yanan bina işi” ilə bağlı həbs edilən sabiq müavini Qəzənfər Novruzov və digər vəzifəlilərin istintaqa verdikləri ifadə əsasında həbs oluna bilər. İddiaya görə, onlar ifadələrində rayondakı bütün üzlük biznesinin başında X.İsgəndərovun durduğunu deyiblər.