“Azərbaycanın ən cəsarətli qəzetinə kömək lazımdır”
Keçmiş vicdan məhbusu, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl “Azadlıq” qəzetinin “Azərbaycan” Nəşriyyatına olan borca görə nəşrini dayandırmaq təhlükəsi ilə bağlı ölkə ictimaiyyətinə çağırış edib. Feysbuk səhifəsində paylaşdığı çağırışda X.İsmayıl yazır:
“Dostlar, Azadlıq qəzeti nəşriyyata olan borclarını ödəməsə, çapını dayandıra bilər. Azərbaycanın ən cəsarətli qəzetinə kömək lazımdır. Həbsdə ikən mənim yeganə nəfəsliyim olan qəzetin nəşrini dayandırmaması üçün Sizin dəstəyinizə ehtiyac var”.