Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidntlərinin Vyanadakı görüşünün yekunları barədə jurnalistlərə açıqlama verib.
Lavrov bildirib ki, iki ölkə başçısı iyunda Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcək.
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk Qrupunun həmsədrölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Vyanada baş tutmuş görüşü sona yetib.