Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin Suriya əməliyyatları üçün 33 milyard rublun (təxminən 470 milyon dollar) xərcləndiyini deyib.
Britaniyalı ekspertlər isə bir müddət əvvəl Putinin Suriyadakı əməliyyatlara gündə ən az 2,5 milyon, ortalama olaraq 4 milyon dollar xərclədiyini hesablayıblar. Rusiyanın 2015-ci 30 sentyabr tarixindən Suriyada hava əməliyyatları apardığını nəzərə alsaq, çəkilən xərc 672 milyon dollar təşkil edir. Qeyd edək ki, Rusiyanın Suriyadakı əməliyyatları 168 gün davam edib.
Təkcə Xəzər dənizindən atılan qanadlı “Kalibr” raketlərinin biri 600 min ABŞ dolları dəyərindədir. Ən ucuz raketlərdən sayılan “X-29” raketinin birinin qiyməti 7 min dollara yaxındır. ”FAB-500” və “KAB-500” bombalarının hər birinin qiyməti isə 50-100 min dollar arası hesablanır.