Vaşinqtonda Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edilir (Canlı yayım)

ABŞ Konqresində Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilir. Müzakirəni canlı şəkildə burada izləyə bilərsiz:

c2ca2d17-0712-4ab4-a0fc-ac1426a7679a_w987_r1_s

Xədicə İsmayıl bildirib ki, aktivistlərdən biri Heydər Əliyevin heykəlinin üzərinə qrafitti yazdığı üçün həbsə atılıb. Həbsxanalarda durumu yoxlayan heç bir müstəqil qurum qalmayıb. Hesab edirəm ki, BMT və başqa qurumlar müstəqil müşahidə metodları haqda düşünməlidir.

Biz bir qrup keçmiş məhbusla birlikdə siyasi məhbusların siyahısını hazırlayırıq. Biz AŞPA-nın müəyyənləşdirdiyi termin üzrə müəyyənləşdiririk siyasi məhbusları.

Hökumət radikal islam kartından istifadə edir və elə göstərir ki, həbs olunan dindarlar radikallardır. Əslində belə deyil. Onlar qeyri zorakı yolla hökumətə qarşıdırlar və hökuməti tənqid etdikləri üçün həbsdədirlər.

Dindar fəallar ən çox işgəncəyə məruz qalanlardır. Xalq Cəbhəsi Partiyasının sədrinin müavini bu iş çərçivəsində həbs olunub.

Hələ ki, məhkəmə davam edir və yekun söz demək istəmirəm amma işgəncələr verildiyi faktdır.

– Bu məhkəmələrə səfirliklərin nümayəndələri gəlirlər.

-Müxtəlif səfirliklərin nümayəndələri gəlirlər. Amma ABŞ səfirinin iştirakı yetərli deyil. Bundan əvvəl belə bir bəyanat verilmişdi ki, Sekutanın hökumət nümayəndələri ilə fotosu daha çoxdur.