“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsi etirazla qarşılanıb. Vəkil Bəhruz Bayramov “Azadlıq”a açıqlamasında bu həbsin tamamilə qanunsuz olduğunu deyib: “Hesab edirəm ki, Faiq Əmirlinin həbsi tam qanunsuzdur. Əvvala, ona diqqət çəkək ki, cinayət işi xaricdə başlanıb. Xaricdə başlanan cinayət işi əsasında Azərbaycan vətəndaşlarının həbs olunması üçün çox cddi əsaslar lazımdır. Məsələn, Türkiyə hüquq mühafizə orqanları cinayətdə iştirakçı olan şəxslərin adlarını, cinayət iştirakçısı olmalarını əsaslandıran konkret dəlilləri Azərbaycan tərəfə təqdim etdikdən sonra Azərbaycan tərəfi hüquqi addımlar ata bilər. Faktiki belə bir hal yoxdur. Faiq Əmirlinin məhz bu ittihamla saxlanılması tam qanunsuzdur. İkinci tərəfdən, əgər Azərbaycan hakimiyyəti hesab edirsə ki, Fətullah Gülənə yaxın, onun kitablarını oxuyan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır, o zaman, Milli Məclis qərar qəbul edib Fətullah Güləni terrorçu şəxs, təşkilatını isə terrorçu təşkilat kimi tanımalıdır. Azərbaycan hakimiyyəti mövcud Konstitusiyaya, Cinayət Məcəlləsinə və qəbul olunmuş normativ hüquqi aktlara hörmətlə yanaşmalıdır. Insanları belə gülünc ittihamla, həm də heç bir araşdırma, dəlil olmadan həbs etmək, biabırçılıqdır”.
Related Posts
Mikayıl Cabbarov milyardların yox, manatların dalınca qaçacaq
- admin
- 13/02/2018
- 0
Yaxud satıcıdan çek tələb edib, ölkəni satışa çıxaranlara göz yummaq Bu artıq faktdır ki, Azərbaycanda […]
Diktatordan və diktaturadan çixiş yolu….
- admin
- 28/11/2016
- 0
Diktator atası Heydər Əliyevdən sonra hakimiyyəti ələ keçirən İlham Əliyev ötən 13 il […]
Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.
- admin
- 01/04/2017
- 0
Rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun […]