Vəkil təhdid olunduğunu deyir.

 

загружено (31)Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə təhdidlər olması barədə “Facebook” səhifəsində bu barədə məlumat paylaşıb.

Elçin Sadıqov hesab edir ki, baş verənlər onu siyasi işlərdə fəal vəkillik fəaliyyətindən çəkindirmək və həyatına təhlükə yaratmaq niyyəti güdür.

Vəkil xatırladır ki, 2016-cı ilin noyabr ayında BMCMİ tərəfindən təhdidlərə məruz qalıb: “Şantajla üzləşməyim və 07 noyabr 2016-cı il tarixdə avtomobilimə hücum edilməsi ilə bağlı şikayətlərim hələ də araşdırılmayıb”.

Elçin Sadıqov ölkə rəhbərliyindən xahiş edir ki, “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Azərbaycan Respublikası Qanunu”nun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar: “Ancaq Azərbaycanda əksinədir, qanuni fəaliyyətimə görə təhdid olunur, təqib olunur, şantaj olunuram və həyatım təhlükədədir. Ölkə rəhbərliyindən xahiş edirəm ki, məni qanuni fəaliyyətimə təqib, təhdid, şantaj edənlər və həyatımı təhlükə altında qoyan vəzifəli şəxslər barədə ölçü götürəsiniz və bu hərəkətlərə son qoyulmasına göstəriş verəsiniz”.