Vəkil: Qətli Putin sifariş edib

скачанные файлы (2)Litvienko ailəsindən rəsmi Moskvaya qarşı böyük ittiham.

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Litvinenkonun qətli barədə sifarişi şəxsən özü verib.

ANS PRESS-in məlumatına görə, bu söləri məsələ ilə əlaqədar Londonda ictimai dinləmələr zamanı Litvinenko ailəsinin vəkili deyib.

Ben Emmersonun sözlərinə görə, Rusiya dövlətinin qətldə məsuliyyəti “sübut olunub”. Emmerson iddia edir ki, Kreml Litvinenkonu öldürmək istəyirdi və bunun üçün vasitələr ayırmışdı. O əlavə edib ki, elmi ekspertiza mərhumu keçmiş agentlər (qətli törətməkdə şübhəli bilinən) Dmitri Kovt və Andrey Luqovoyun öldürdüyünü təsdiqləyib.

Zəhərləndiyi təsdiq olunan Aleksandr Litvienkonun əvvəlki və xəstə olan halı

Vəkil siyasi replikalarından da qalmayaraq qərəzli sözlər də deyib. O bildirib ki, Putin təcrid olunmuş cılız despota və psixi pozuntuları olan şöhrətbaza çevrilməkdədir.

Dinləmələrdən sonra mərhumun yoldaşı Marina Litvinenko da Rusiya prezidentinin adını çəkməkdən çəkinməyib.

Rəsmi Rusiya isə məsələyə etinasız yanaşıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BBC-yə deyib ki, Kreml Aleksandr Litvinenkonun qətli ilə bağlı Londondakı Ali Məhkəmədə keçirilən dinləmələrə etimad göstərmir. Peskov əlavə edib ki, Litvinenko işi Britaniyanın daxili işidir və Rusiyanın gündəmində deyil.
xebername.info