Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmr imzalayıb.
Əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.