Uşaq Hüquqlarını Müdafiə Liqası Qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mənim Azərbaycanım!!!” mobil puzl oyun layihəsinə artıq 5 aydır ki, davam edir.
Layihə çərçivəsində layihə rəhbəri və heyət, mütəxəssislərlə görüş keçirmiş və layihə haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Görüşdə layihənin icrası və görülmüş işlər barədə ətraflı söhbət açılmışdır.
Məlumat verildiyi kimi layihə çərçivəsində mobil cihazlarda və internetdə “Mənim Azərbaycanım!!!” adlı Azərbaycan və İngilis dillərində mobil puzl oyununun hazırlanacaqdır. Bu mobil puzl inernet istifadəçiləri və telefon istifadəçiləri arasında yayımlanacaqdır. Mobil puzl oyunun iştirakçıları Azərbaycanın xanlıqlar dövründə olan xəritəsini, ikinci mərhələdə Azərbaycanın 1918-1920-ci illərdə olan xəritəsini və üçüncü mərhələdə isə hal-hazırda mövcud olan xəritəsini və Dağlıq Qarabağ və işğalda olan ərazilərimizin xəritəsini yığmalı olacaqlar. Xəritəni düzgün qaydada yığdıqda oyun iştirakçısı hər mərhələdən sonra həmin dövr üçün Azərbaycanın tarixi ilə tanış olur (məs. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürülməsi: Şimali Azərbaycanın Rusiyaya, Cənubi Azərbaycanın isə Qacarların idarə etdiyi İran şahlığına qatılması barədə tarixi məlumatlarla tanış olurlar), digər mərhələlərdə də həmçinin işğal edilmiş ərazilərimizin tarixi, əhalisi, ərazisi, işğal tarixləri və köçkün düşmüş, itkin düşmüş və həlak olmuş insanlar barədə statistik məlumatlarla tanış olacaqdır və oyun yığılma tezliyinə görə onun adı oyunun sağ hissəsində olmuş siyahıda qeyd olunacaqdır, daha sonra əgər kim isə həmin oyunu ondan daha tez zamanda yığarsa həmin şəxsin adı müvafiq olaraq 1-ci sırada yer alacaq.
Uşaq Hüquqlarını Müdafiə Liqası İB-nin Mətbuat xidməti