Ukraynanın yeni hərbi doktrinasında Rusiya “düşmən” olaraq göstərilib

Ukrayna Baş naziri Arseni Yaçenyuk ölkənin yeni hərbi doktrinasında Rusiyanın “düşmən” olaraq göstərildiyini açıqlayıb.

83857

Xebername.info, axar.az-a istinadən xəbər verir ki, Yaçenyuk yeni doktrinanın Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasına göndərildiyini, ardından Prezident Pyotr Poroşenko tərəfindən imzalanacağını bildirib:

“Ukrayna Nazirlər Kabineti ötən gün ölkənin yeni hərbi doktrinasını təsdiq etdi. Doktrina qanununda müstəqillik tarixində ilk dəfə Rusiya Federasiyası dəqiq bir şəkildə düşmən və təcavüzkar olaraq təyin olundu”.

Xatırladaq ki, sonuncu dəfə Ukraynada hərbi doktrina 2012-ci ildə, sabiq prezident Viktor Yanukoviçin dövründə qəbul edilmişdi.

Mətləb BALAKİŞİYEV