Ukrayna mümkün terrorda “Rusiya izi” axtarır

stadion trafortUkrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasiliy Qritsak bildirib ki, qurum 2016-cı il futbol üzrə Avropa çempionatı ərəfəsində və çempionat zamanı Fransada törədilməsi planlaşdırılan 15 terror aktının qarşısını alıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Avro-2016 ərəfəsində Fransada terror aktları planlaşdırdığı ehtimal olunan bir Fransa vətəndaşı Ukrayna-Polşa sərhədində saxlanılıb. Şübhəli şəxsin avromobilində qumbaraatan, 100 kiloqramdan çox partlayıcı maddə, detonatorlar və bir neçə Kalaşnikov avtomatı aşkar edilib.

Qritsakın sözlərinə görə, Ukraynada tutulmuş bu şəxs Fransada məscidi, sinaqoqu, vergi müfəttişliyini və avtobanlara nəzarət məntəqələrini partlatmağı planlaşdırırmış. Saxlanılmış şəxs artıq həbs olunub və ona qarşı qaçaqmalçılıq, terroçuluq fəaliyyəri və silahdan qanunsuz istifadə maddələri üzrə ittiham irəli sürülüb

Bəyanatda qeyd edilir ki, İlham Əliyev iyunun 7-8-də iqtisadi forumda iştirak eləmək üçün Almnaiyada rəsmi səfərdə olacaq və bu səfər Almaniya rəsmilərinin ədalət səsini ucaltması üçün vacib imkandır.

Bəyanatda deyilir ki, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, araşdırmaçı jurnalist Xədicə İsmayıl da daxil olmaqla bu ilin martından başlayaraq Azərbaycanda 17 hüquq müdafiəçisi, jurnalist və gənc fəal həbsdən azad edilib.

Amma digər jurnalist və fəallar xüliqanlıqdan tutmuş vergidən yayınma ittihamları ilə hələ də həbsdədirlər.

Bəyanatda buna misal kimi müxalifətdə olan REAL hərəkatının lideri İlqar Məmmədov, Azadlıq Qəzetinin əməkdaşı və “Azərbaycan Saatı” televiziya proqramının aparıcısı Seymur Həzi, NİDA hərəkatının üzvü və gənc blogger İlkin Rüstəmzadənin adları çəkilir.

Təşkilat həmçinin müxalifıətdə olan “Xalq Cəbhəsi” partiyasının azı 14 fəalının hazırda həbsdə olduğunu vurğulayır.

Bəyanatda ölkədə bu cür repressiv üsulların hələ də davam etdiyi və bu ilin mayında gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədovun narkottik ittihamı ilə həbsə atıldıqları qeyd edilir.

Bəyanatda daha sonra deyilir ki, hakimiyyət bu ilin martında bir sıra QHT-lərə qarşı cinayət işini dayandırsa da ölkədəki mövcud qanunlar onların işini əngəlləməkdə davam edir.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson sonda bildirir ki, Almaniya rəsmiləri İlham Əliyevə bildirməlidirlər ki, ikitərərfli münasibətlərin yaxşılığı Azərbaycanın bu sahədə üzərinə götürdüyü beynəlxalq öhtəlikləri yerinə yetirməsindən aslıdır. “Qqanunsuz həbsə atılanların azad edilməsi və repressiv qanunlara düzəliş edilməsi bu istiqamətdə ilk addım omalıdır”, deyə bəyanatda bildirilir.