UEFA, İtaliya matçında yaşanan irqçi hadisələr səbəbiylə Xorvatiyanın aldığı 1 xal silmə və 2 matç azarkeşsiz oynama cəzalarını təsdiqlədi.
UEFA, 2016 Avropa Futbol Çempionatının (EURO 2016) seçmə tsiklindəki Xorvatiya-İtaliya qarşılaşmasında meydançanın qazonuna çəkilən “Svastika” səbəbi ilə ev sahibinin heç-heçə nəticəsində aldığı 1 xalı silmə və 2 matç azarkeşsiz oynama cəzalarını təsdiqlədi. UEFA-nın internet saytında verilən açıqlamada, Xorvatiyanın 12 iyunda oynanan və 1-1 sona çatan qrup matçının ardından irqçi hərəkətlərə görə aldığı cəzalara etdiyi etirazın rədd olunduğu ifadə edildi. Seçmələrdə millimizin də yer aldığı “H qrupu”nda mübarizə edən Xorvatiya, 8 qarşılaşmadan sonra 14 xalla üçüncü sırada yer alır. Xorvatların ən yaxın rəqibi Bolqarıstanın 8 xala sahib olduğu qrupda, son iki qarşılaşmaya girilərkən İtaliya 18 xalla liderdir, Norveç 16 xalla ikinci pillədə yerləşib.
Elnur ORUCLU