APA-nın yerli bürosunu xəbərinə görə, Alpout kənd sakini, 35 yaşlı Bəxtiyar Mahir oğlu Abbasov boğaz nahiyəsində yaranmış problemlə bağlı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Müayinədən sonra həkimlər xəstəyə əməliyyat olunmasının vacib olduğunu bildiriblər.
Yaxınlarının sözlərinə görə, B. Abbasov isə qorxduğunu əsas gətirərək evə qayıdıb. Ertəsi gün həkim ona zəng edərək, əməliyyat üçün xəstəxanaya getməsini istəyib.
Orada boğazından əməliyyat olunan B. Abbasov əməliyyatdan sonra komaya düşüb. Xəstə təcili olaraq paytaxtın Mərkəzi Neftçilər Xəstəxanasına göndərilib. 14 gün komada qalan 2 uşaq atası B. Abbasov ötən gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.