Türkiyənin Diyarbəkir şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Trend-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisənin səbəbi kimi əl istehsalı bombasının partlaması ehtimal edilir.
Hadisə yerinə polis işçiləri və təcili tibbi yardım maşınları gəlib. Yaralılrar xəstəxanaya çatdırılıb.