Türkiyədə növbəti terror törədilib.

 

 Türkiyədə növbəti dəfə terror baş verib.  Terror aktı Türkiyənin Kayseri şəhərində törədilib.
1481957421_turkdd
Məlumata görə,bu gün səhər 08:45 radələrində Kayseri Ərciyəz Universitetinin qarşısında dayanan avtobus avtobus partladılıb.
İlkin məlumatalara görə, hadisə nəticəsində xeyli sayda yaralılar var. Təcili yardım maşınları hadisə yerinə cəlb olunub.
Məlumata görə, partlayış naməlum bir avtomobilin avtobusa yaxınlaşmasından bir neçə saniyə sonra baş verib. Avtobusda həftə sonu (bir günlük) istirahətinə çıxan mülki geyimli hərbçilərin də olduğu qeyd edilir.Ölü və yaralı sayı haqda rəsmi açıqlama verilməyib.

***

Əldə olunan ilkin məlumatlara görə, baş vermiş partlayış nəticəsində 3 hərbçi həlak olub.

Türkiyə hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu elan edib. Partlayışın PKK tərəfindən törədildiyi ehtimal edilir.

 

***
12:00

Bu gün Türkiyədə Kayseri Erciyes Universitetinin qarşısında baş verən partlayış zamanı həlak olanların sayının 9 nəfərə çatdığı açıqlanıb.

Məlumatı Ədalət və İnkişaf Partiyasının Kayseri şəhərindən millət vəkili olan İsmayıl Tamer verib.

O bildirib ki, hadisə nəticəsində 20-dən çox insan yaralanıb.

***12:21Son məlumatlara görə, hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfər isə yaralanıb.

Bu haqda məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.