Türkiyədə cümə namazı zamanı məscidi partlatmaq istəyən çəxs ələ keçirilib.
Məsciddə xütbə oxunan zaman bir nəfərin ayağa qalxıb imama tərəf qaçması vətəndaşlar arasında çaxnaşmaya səbəb olub. İmamın əlindən mikrofonu alan 20-25 yaşlı kişi “canlı bomba”yam deyə qışqırıb. Mühafizəçilər üzərində kustar üsulla hazırlanmış partlayıcı olan həmin şəxsi vaxtında zərərsizləşdirməyi bacarıb. Yaşanan qarışıqlıq zamanı çox sayda yaralananlar olub. Yaralananlar təcili yardımlarla xəstəxanaya aparılıb.