Virtualaz.org “Habertürk”ə istinadən xəbər verir ki, hadisə “Beşiktaş” – “Bursaspor” futbol oyunundan sonra meydana gəlib.
Daxili İşlər naziri Soylu, 20 polis əməkdaşının yaralandığını açıqlayıb. Hadisə yerinə çox sayda polis və təcili yardım qrupları cəlb edilib.
LigTV müxbirinin bildirdiyinə görə, 10 saniyə ərzində iki partlayış səsi eşidilib. Bundan sonra polis atəş açıb.