İstanbul Atatürk hava limanında uçuşlar dayandırılıb. Hərbi sahədən aeroporta daxil olan hərbçilər idarəetmə qülləsini tutaraq, uçuşları dayandırıb.
Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb. Qərargah rəisi ilə birlikdə bir neçə general da girov götürülüb.
Bəzi kütləvi informasiya vasitələri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da girov götürülüb. Lakin Reuters xəbər verir ki, Ərdoğan təhlükəsiz yerdədir, girov götürülməsi yalan xəbərdir.
CNN Türk-in canlı yayımına qoşulan Türkiyənin Baş nazir Binali Yıldırım maraqlı açıqlamalar verib. Onun açıqlamalarından, hansısa qüvvələrin dövlət çevrilişinə cəhd etdiyi anlaşılıb: “Müəyyən bölgələrdə dövlətin əmanət etdiyi silahları alıb dövlət işçilərinə qarşı istifadə edən bir sıra məsuliyyətsiz qruplar var. Bunu edənlərin kimlər olduğunu ən qısa müddətdə müəyyənləşdirəcəyik. Bu qruplara qarşı təhlükəsizlik qüvvələrimiz hərəkətə keçmişdir”,- deyə baş nazir bildirib.
Reuters agentliyi isə Ankara üzərində hərbi təyyarə və helikopterlərlərin dövr etdiyi haqda məlumat yayıb.
azadliq.info