Türkiyənin kürdpərəst müxalifət partiyası olan Xalqların Demokratik Partiyası (HDP) liderləri ilə yanaşı azı doqquz digər millət vəkili də həbs edilib, Türkiyə Baş Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Selahittin Demirtaş və Figen Yüksekdağ terrorizm əleyhinə əməliyyat çərçivəsində evlərində həbs ediliblər, təhlükəsizlik mənbələrindən Türkiyə mediasına bildirilib.
Cənab Demirtaşın Diyarbakır şəhərində həbsindən bir neçə saat sonra şübhəli avtomobil partlayışı olub, 8 nəfər ölüb və 100-dən çox insan yaralanıb.
Bu həbslər Türkiyədə iyul ayında baş vermiş çevriliş cəhdindən sonra tətbiq edilən fövqəladə vəziyyətlə əlaqəlidir.