Hollandiya Türkiyədəki vətəndaşlarına xəbərdarlıq edib.
Hollandiya Türkiyədə yaşayan vətəndaşlarına diqqətli olmaları üçün çağırış edib.
Diplomatik münasibətlər get-gedə pisləşdiyi üçün Hollandiyanın belə bir addım atdığı bildirilir.
Niderland Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında qeyd edilib: “11 martda bu yana Türkiyə ilə Niderland arasında diplomatik böhran yaşanmaqdadır. Bu səbəbdən Türkiyədəki sıx olan yerlərdən və görüşlərdən uzaq durun, diqqətli olun”.
Qeyd edək ki, Türkiyə Hollandiyaya iki nota verib.
Birinci nota Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Qayanın və yanındakı heyətin Hollandiyada məruz qaldığı vəziyyət, həmçinin onların Hollandiyaya buraxılmaması ilə bağlıdır. Notada xanım nazir Fatma Qayana edilən hərəkətin beynəlxalq hərəkətlərə uyğun olmadığı qeyd olunub.
İkinci nota isə Hollandiya polisinin konsulluq önündə aksiya keçirən türklərə qarşı göstərilən sərt şiddətə görə verilib.