Türkiyə Ermənistanla sərhədində nəzarət kameraları quraşdırıb.

1510080806_iui9

Türkiyə Ermənistanla sərhədində nəzarət kameraları quraşdırıb.

Xəbərnamə.info-ın Trend-ə istinadən məlumatına görə, kameralar Qars vilayətinin yerli özünüidarəetmə orqanı tərəfindən sərhəd xəttinin daimi nəzarət altında saxlanılması üçün quraşdırılıb.

Sərhəd xəttində kameraların quraşdırılma və bərkidilmə işləri yekunlaşıb. Kameraların sınaqdan keçirilməsi davam edir. Kameraların quraşdırılması üzrə dəyəri 2 milyon 880 min lirə olan layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində müəyyən mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək”, deyə məlumatda bildirilir.