Tural Sadıqlının atası və qonşusu azadlığa buraxılıb

Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının atası Əlövsət Sadıqlı və qonşusu azadlığa buraxılıb. Bu barədə T.Sadıqlı Facebook statusunda yazıb.

Xatırladaq ki, Tural Sadıqlının atası,  Əlövsət Sadıqlı yaşadığı mənzildə dünən həbs olunaraq polis şöbəsinə aparılmışdı. Əlövsət bəylə birgə onun qonşusu, onkoloji xəstə olan Rabil bəy də həbs olunmuşdu.