Tunisdəki hücumu İŞİD boynuna götürdü

121Tunisin Susa şəhərindəki bir otelə təşkil edilən və aralarında turistlərin də olduğu 39 adamın ölümünə yol açan hücumu terror təşkilatı İŞİD-in boynuna götürdüyü bildirilir.

Tunisin Susa şəhərindəki bir otelə təşkil edilən və aralarında turistlərin də olduğu 39 adamın ölümünə yol açan hücumu terror təşkilatı İŞİD-in boynuna götürdüyü bildirilir. Təşkilata yaxın bir ictimai paylaşma saytı hesabında iştirak edən şərhdə, “Tunisin Susa şəhərində Səlib ittifaqı reayasına qarşı onlarla adamın öldüyü və yaralandığı keyfiyyətli bir hücum reallaşdırıldı” ifadəsinə yer verildi.

Sözü gedən hərəkəti reallaşdırdığı iddia edilən və altında “Əbu Yəhya əl-Kayravani xilafət hərbi” yazılı bir adama aid fotoşəkil paylaşılan şərhdə hücumun məqsədinə çatdığı irəli sürüldü. Rəsmi orqanlardan mövzuya bağlı hələ açəqlama edilmədi.
Daxili İşlər Nazirliyi hücumu təşkil adamın Kayravan şəhərindən Tunisli bir şagird olduğunu açıqlamışdı. Tunis Sehiyye Nazirliyindən edilən son açıqlamada isə hücumda aralarında Tunis, Almaniya, İngiltərə və Belçika vətəndaşlarının olduğu 39 adamın həyatını itirdiyi, 39 adamın isə yaralandığı bildirilmişdi.
Tunisdə 18 Martda Bardo Muzeyinə təşkil edilən basqında əksəriyyəti turist 23 adam ölmüş, 47 adam yaralanmışdı. Terror təşkilatı İŞİD-in boynuna götürdüyü “qanlı hücum” beynəlxalq ictimaiyyətdə geniş əks-səda oyandırmışdı.

Mətləb BALAKİŞİYEV