Tramp elan etdi: «ABŞ-ın xarici siyasətində yeni kurs olacaq»

trampABŞ-ın yeni prezidenti Donald Tramp həftələrdir müzakirəsi gedən məsələyə nəhayət ki aydınlıq gətirdi.
Tramp elan etdi ki, ABŞ-ın yeni administrasiyası ölkənin xarici siyasəti ilə bağlı yeni kurs həyata keçirəcək.

“Xarici siyasətimiz yeni istiqamətə ehtiyac duyur», deyə Tramp Floridada tərəfdarları ilə görüşdə bildirib.

Tramp onu da qeyd edib ki, başqa dövlətləri yenidən qurmaqdansa, ABŞ-ı yenidən qurmağa, daha qüdrətli etməyə çalışacaqlar:

“Uzun müddət biz ölkələrdə bir məsuliyyətsiz addımdan digərinə keçid etmişik. Bu, ağılsızlıqdır və buna son veriləcək. Tramp administrasiyası hər şeydən əvvəl ABŞ-ın milli maraqlarının qayğısına qalacaq».