“Dedilər ki, görürük sən hələ ağıllanmamısan…”
Müsavat Partiyası başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublu bu gün saat 17:00-da Respublika Prokurluğunda olub. Müsavat başqanhının müavini təxminən yarım saatlıq söhbətdən sonra sərbəst buraxılıb. Tofiq Yaqublu prokurorluğa müsahibələrinə görə, o cümlədən ölkə başçısı İlham Əliyev haqqında fikirlərinə görə çağırılıb. Bu haqda “Basta”ya Tofiq Yaqublu özü məlumat verib.
Tofiq Yaqublu bildirdi ki, görüşdə baş prokurorun müavini Rüstəm Usubov və iki başqa prokuror iştirak ediblər: “Mənimlə çox mədəni davrandılar, amma dedilər ki, görürük sən hələ ağıllanmamısan. Dedilər ki, İlham Əliyev sənə yaxşılıq edib həbsdən azad edib, sənsə onun haqqında doğru olmayan sözlər deyirsən. Onlara bildirdim qəti belə şey yoxdur. Dedim ki, mənim azad olunmağımla bağlı Avro Məkəməsinin də qərarı var idi. Dedim ki, İlham Əliyev zəhmət çəkib mənim günahsız tutulmağımla bağlı qərar verənləri cəzalandırsın, o halda mən onun haqqında xoş sözlər danışacam. Dedilər ki, bu vəziyyət davam etsə prokurorlu barəmdə ölçü götürəcək. Mənə xəbərdarlığa qol çəkdirdilər. Amma mən sənədi əlavə şərh yazmaqla imzaladım. Yazdım ki, mən bu sənədlə tanış olmuşam”.
“Mənə həmçininn “Yeni Müsavata” verdiyim müsahibəyə görə irad bildirdilər, dedilər ki güya mən dini ədavətə çağırış eləmişəm. Cavab verdim ki, əksinə mən həm o müsahibədə, həm başqa çıxışlarımda həmişə demişəm ki, dini ədavətə yol vermək olmaz”, – Tofiq Yaqublu deyib.
Qeyd edək ki, vicdan məhbusu olmuş Tofiq Yaqublu ölkə başçısının əfv fərmanına əsasən martın 18-də həbsdən azad edilib.