Tarif Şurasına müraciət göndərilib-İşıq, su və qaz pulu bahalaşır

Azərbaycanda işıq, su və qaz pulu bahalaşa bilər. Bu barədə Azadlıq.info-ya məlumatlı mənbələrdən bildirilib.

Məlumatda deyilir ki, Azərenerji və Azərişıq enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət etdi. Enerji qiymətlərinin 14-16 qəpiyədək qaldırılması nəzərdə tutulur. Hazırkı qiymət 1 kilovat saata görə 350 kv.saatadək 7 qəpik, bundan yuxarı məsrəflər üçün isə 11 qəpikdir.загружено (1)

Bundan başqa, qaz və suyun qiymətlərinin qaldırılması üçün də Tarif Şurasına müraciət göndərilib.

Qiymətləri iyulun 1-dən qaldırmaq planlaşdırılır.