Tahir İmanov bu cür sənətkarları simasız və qorxaq adlandırıb: “Sənətkarlarımızın əksəriyyəti simasızdır. Əksəriyyəti, hamısı… O boyda Soso Pavliaşvili ilə bağlı qalmaqal oldu. Şou-biznesdən olanlardan biri də çıxıb bir söz demədi, dəstəkləmədi. Dəstəkləyən bizim klassik musiqimizi təmsil edən, böyük sənətkarlarımız Yalçın Adıgözəlov oldu, hansı ki, onun adı heç vaxt heç bir qalmaqalda hallanmayıb. Onun adını ancaq dünyanın ən böyük səhnələrindən eşitmişik. Daha sonra kim bu məsələyə qiymət verdi, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov… Amma dırnaq arası sənətkarların hamısı bir nəfər kimi susdu. Çünki əksəriyyəti qorxaqdır. Onlar ancaq onun-bunun arxasınca danışanda, öz şəxsi qarderobunu müzakirə edəndə, kreditlə hansı maşını aldığını açıqlayanda qorxmurlar. Millətinə, vətəninə, dövlətə və dövlətçiliyə aid bir məsələ ortalığa çıxanda hamı bir nəfər kimi susur. Təəssüflər olsun!”
Related Posts
“Mən Xədicənin anası haqqında düşünəndə görürəm ki, o, çox cəsurdur”
- admin
- 24/02/2016
- 0
Daniela Retkova azad media sahəsində uzun illərdir, çalışır. O, Çexiyanın post-sosialist dövründəki ilk prezidenti […]
İrəvanda ənənəvi “soyqırım” yürüşündə ilk dəfə Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağı yandırılıb
- admin
- 24/04/2016
- 0
Ötən gecə qondarma “erməni soyqırımı” ilə bağlı İrəvanda keçirilən yürüşdə Türkiyə və Azərbaycan bayraqları yandırılıb. […]
İ.Əliyev antimüxalifət kampaniyasına Tofiq Yaqubludan başladı
- admin
- 22/03/2020
- 0
Milli Şuranın sədri Cəmil Həsənli İlham Əliyevin Bayram “təbrikində” bəyan etdiyi yeni dönəmin ilk “proflaktikası” […]