Təşəkkürlər “QARABAĞ”, təşəkkürlər QURBANOV

hqdefaultAzərbaycan futbolunun lideri “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə Qazanıb.

Bu gün “Qarabağ” Avropa Liqasının pley-0ff turunda cavab oyununu keçirib. Çempionumuzun rəqibi İsveçrə klubu “Yanq Boyz” olub. “Qarabağ” ilk oyunu səfərdə Riçard Almeydanın qolu ilə 1:0 hesablı qələbə qazanmışdı. Elə Bakıdakı oyunda da hesabı oyunun 4-cü dəqiqəsində penaldan Almeyda açıb. Oyunu üstün səviyyədə keçirən təmsilçimiz ilk hissənin sonuna 2 dəqiqə qalmış Reynaldonun qolu ilə fasiləyə 2:0 üstün yollanıblar. İkinci hisəyə də fəal başlayan “Köhlən atlar” oyunun fəallarından olan Əfran İsmayılov un 61-ci dəqiqədə vurduğu qolla hesabı 3:0-a çatdıraraq oyunun nəticəsini müəyyənləşdirdi.

Beləliklə “Qarabağ” və Qurban Qurbanov Azərbaycan futbolunun tarixinə düşüb. İki il ardıcıl olmaqla, Azərbaycan futbolunda ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə iki dəfə vəsiqə qazanaraq ilkə imza atıblar.

Qarabağ: 1 İbrahim Şehiç, 2 Qara Qarayev (Vüqar Mustafayev 85-ci dəq), 9 Reynaldo, 10 Dani Quintana, 14 Rəşad Sadığov (k), 18 İlqar Qurbanov, 20 Riçard Almeyda, 22 Əfran İsmayılov (29 Rydell Poepon 71-ci dəq), 24 Ansi Aqolli, 55 Bədavi Hüseynov, 77 Cavid Tağıyev (91 Coşqun Diniyev 78-ci dəq)

 

Elnur ORUCLU