Tələbənin ixtirası onu miliyonçu etdi

367418Əslən hindistanlı olan tələbə Hiral Sanqavi adi saydığı ixtirasının sayəsində artıq multimilyonçu sayıla bilər.
Xəbərnamə.info Milli.Az-a istinadən bildirir ki, ABŞ-ın İllinoys ştatındakı universitetində MBA təhsili alan 29 yaşlı Sanqavi Çikaqoda yaşayır.
O, bir müddət əvvəl “Swiss Army Knife” (“İsveçrə ordu bıçağı”) prinsipli səyahət gödəkçəsi layihəsini hazırlamışdı.
Bu gödəkçə səyahətdə olanlar, habelə iş adamları və tələbələr üçün nəzərdə tutulub.
Adi geyimlərdən fərqli olaraq, “Baubax” adlı gödəkçədə sənədlərdən tutmuş, eynək, qulaqcıq və hətta iPad üçün ciblər var.

Gödəkçəni alacaq şəxs təyyarədə və ya qatarda rahatlıqla yata da bilər, çünki geyimin boynundakı xüsusi cibə hava vuraraq onu asanlıqla yastığa çevirmək olur.
Layihəsini reallaşdırmaq üçün iyulun 7-də “Kickstarter”də elan yerləşdirmiş Hiral Sanqavi 27 min dollar toplamaq niyyətində idi.
Lakin layihə o qədər bəyənilib ki, onu 44949 nəfər dəstəkləyiblər və “Baubax”ın gerçəkləşməsi üçün 9192055 milyon dollar yığılıb.
“Baubax”ın fenomenal uğuru onu populyar “Kickstarter”in tarixində ən uğurlu layihə edib.
“Baubax” gödəkçəksi 109 dollara satılacaq.
Hiralın dediyinə görə, bu uğurlu gödəkçənin ideya müəllifi onun xanımı, 29 yaşlı dizayner Yoqanşi Şahdır.
Gödəkçə Hiralın San-Fransisko şəhərində yaratdığı “Baubax” şirkətində istehsal ediləcək.

Elnur ORUCLU