Maştağada ruhi dispanserdə müayinə olunan müxalifətçi dünən noyabrın 4-ü inzibati cəzasını başa vuraraq sərbəst buraxılıb. Füzuli Hüseynov Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki və psixoloji təzyiqlə üzləşdiyini bildirir. O, bununla bağlı məhkəməyə müraciət etmək fikrindədir.Bu barədə Füzuli Hüseynov özü AzadliqRadiosu-na danışıb. O, Maştağa ruhi-əsəb dispanserinə aparılmasın; işgəncə hesab edir:
“Mənə əvvəlcə aparıldığım Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki işgəncə verdilər. Ümumiyyətlə, bu dəfə saxlanma şəraiti dözülməz idi, əvvəllər belə münasibət olmamışdı. Üçüncü dəfədir Binəqədi İnzibati Saxlanma Məntəqəsində oluram, belə münasibət görməmişdim. Bu vəziyyət ictimailəşməlidir, beynəlxalq təşkilatlara müraciət edəcəyik”.