Bakı -Ələt yolunun 42-ci kilometrliyindəki magistral qaz xəttində partlayış baş verib. Qaradağ rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov unikal.org-a faktı təsdiqləyib.
Bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: “Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.
Qaradağ Rayon Polis İdarəsindən “Qafqazinfo”ya hadisənin baş verdiyi təsdiqləyiblər.
***
Criminal.az-a istinadən xəbər verir ki, Sanqaçal qəsəbəsində qaz borusu partlayıb. Ölənlərin olduğu deyilir. Partlayış güclü olduğundan alov bir neçə metr hündürlüyə qalxıb.
Zavodda həyəcan siqnalı verilib.