Suruçdakı partlayış zamanında 27 mobil operator aktiv halda olub

скачанные файлы (3)Türkiyənin Şanlıurfa Suruç bölgəsində 20 iyul tarixində baş verən dəhşətli terror hadisəsi ilə bağlı araşdırmalar davam edir.

Nəzarət kameralarının qeydlərinə görə, çarşaf geymiş bir qadın hadisədən əvvəl mədəniyyət mərkəzinə girir. Canlı bomba olub olmadığı dəqiqləşməyən qadının, partlayışdan əvvəl telefonda 3 adamla danışdığı təsbit edildi. Baş şüphəli İŞİD-dir.

Kobaniyə keçməyə hazırlaşan Sosialist Gənclik Dərnəkləri Federasiyası üzvü olan 300 gəncin yerləşdiyi Amara Mədəniyyət Mərkəzinə terror hücumu təşkil edildi. 31 adamın öldüyü terrorda çox yaralı var.

BOMBA RUS İSTEHSALI TNT-dir
Suruçda 31 adamın öldüyü terrorda istifadə olunan partlayıcının Rus istehsalı TNT olduğu öğrenildi.Bombalı terrorun ardından kamera görünüşlərini araşdıran polisin əhəmiyyətli ipuclarına çatdığı ifadə edildi. “Yeni Şəfəq” qəzetinin xəbərinə görə, təhlükəsizlik nümayəndələri canlı bombanın hadisə yerinə gəldiyi zaman bu adamın müşahidəçi ola biləcək adam və ya adamlar olduğunu nəzərə alaraq işlərini davam etdirir.

Partlayış zamanında 27 mobil operator aktiv halda olub
Nəzarət kameralarındakı görüntülərə görə, çarşaf geyən və qadın olduğu güman edilən adamın mədəniyyət mərkəzinə girdiyi görülür. Ancaq bombanı partladan bu adam olub olmadığı dəqiqləşdirilmədi. Kəşfiyyat qaynaqlarına görə, İŞİD üzvü olduğu düşünülən canlı bombanın müşahidəçisi olduğu düşünülür. Kəşfiyyat qaynaqları partlayış anında bölgədəki mobil operator qeydlərində 27 aktiv danışma qeydi təsbit etdi. Sözü gedən telefon danışıqları nəzarətə götürüldü.

XÜSUSİ DƏSTƏ HADİSƏ YERİNDƏ
Kəşfiyyat qaynaqları, nömrələrdən ən az birinin nəzarətçi mövqedəki adama aid ola biləcəyini ifadə edir. Istifadə olunan partlayıcının isə Rus istehsalı TNT olduğu təyin olundu. Mövzuyla əlaqədar Ankaradan da xüsusi bir qrup Şanlıurfa ya göndərildi.

Mətləb BALAKİŞİYEV