Suriyalı həkimlər bir möcüzə gerçəkləşdiriblər. Həkimlər yaralı halda xəstəxanaya gətirilən hamilə qadın və bətnindəki körpəni həyatda saxlamağı bacarıb.
Xebername.info-un Tezar News-a istinadən verdiyi xəbərə görə, toqquşmalar zamanı raketlərdən səkən qəlpə hamilə bir qadın qarnına tuş gəlib.
Təcili olaraq əməliyyata alınan hamilə qadın uşağını dünyaya gətirməyi bacarıb. Yeni doğulan körpənin başından qəlpə parçasını da uğurlu bir əməliyyatla çıxaran həkimlər, həm ananın, həm də körpənin həyatda qalmasını təmin etdə biliblər.
Balaca körpəyə, Dildə ümid mənasını verən Amal adı verilib.
Elnur ORUCLU